Lənkəranda qadının doğuşdan sonra ölməsi ilə bağlı araşdırma BAŞLADI
HADİSƏ 10:40 / 04.05.2021

Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədəLənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də 39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, birinci cərrahi doğuş diaqnozu ilə daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Bu yazı: 827 oxunub



Xəbər Lenti
18 may 2021
17 may 2021
16 may 2021