Xarici İşlər Nazirliyi İsrailə başsağlığı verib
Sİyasət 13:03 / 30.04.2021

Xarici İşlər Nazirliyi (XİN) Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.

Miqyas.az-ın məlumatına görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində yazılıb.

Məlumatda bildirilir: "Meron dağında baş vermiş faciəvi hadisə bizi çox kədərləndirdi. Dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik".


Bu yazı: 483 oxunub



Xəbər Lenti
18 may 2021
17 may 2021
16 may 2021