Gizli toy edənlərin yerini polisə kim deyir? – DİN rəsmisi AÇIQLADI
Məmləkət 13:06 / 14.04.2021

"Pandemiya şəraitində qadağa və normaların həyata keçirilməsi üçün əsas tələb odur ki, hər bir vətəndaş özünü qorumalıdır. Dövlət müəyyən mənada karantin qaydalarında yumşalmalara getdi və bir çox sahələr yenidən fəaliyyətinə başladı. Kafe və restoranlar, ictimai iaşə obyektləri açılandan sonra isə insanların sui-istifadə halları müşahidə edildi. Və vətəndaş, sahibkarlıq subyektinin rəhbəri dövlətin yaratdığı bu imtiyazdan öz şəxsi maraqları üçün istifadə etməyə başladı. Nəticədə də yoluxma sayı artdı və bu özünü statistika da göstərdi".

Unikal.orgxəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında deyib.

E.Hacıyev "karantin qaydalarını pozan toy mərasimləri necə aşkarlanır" sualına cavab verərkən bildirib ki, bununla bağlı qaynar xəttə çox saylı anonim zənglər daxil olur:

"Anonim zənglərdən əlavə, sosial şəbəkələrdə olan informasiyalar yoxlanılır və əksər hallarda da öz təsdiqini tapır. Burada bizim məqsədimiz hansısa formada vətəndaşı cəzalandırıb inzibati məsuliyyətə cəlb etmək deyil. Belə bir prinsipimiz yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə, biz onu icra edirik.

Toy məclisi keçirənlər aşkarlandıqda araşdırma zamanı məlum olur ki, məclisdə aktiv koronavirus xəstəsi var. Ən təhlükəlisi isə özünün bundan məlumatlı olmasıdır. Həmin şəxs onu izləyən cihazı evdə qoyur və evdəyəm görüntüsü yaradır. O məclisdə musiqiçilərin, xidmət personalının arasında aktiv koronavirus xəstələrinin aşkarlanması dövlətin yaratdığı imkanlardan sui-istifadədir"


Bu yazı: 1272 oxunub



Xəbər Lenti
18 may 2021
17 may 2021
16 may 2021