Daha altı məktəb koronavirusa görə bağlandı
Məmləkət 15:58 / 13.04.2021

Ucar rayonunda daha altıorta məktəb koronavirusa görə bağlanıb.

Oxu.az-ın məlumatına görə, Ucar rayonunun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərgüşad ümumi orta məktəbləri distant təhsilə keçirilib.

Buna səbəb təhsil müəssisələrində koronavirusa yoluxma faktlarının aşkarlanmasıdır. Belə ki,adıçəkilən təhsil müəssisələrində ümumilikdə 11 müəllimdə COVID-19 aşkarlanıb.Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında bu təhsil müəssisələrdə tədrisin onlayn rejimdə davam etdirilməsinə qərar verilib.

MəlumatıOxu.Az-a Ucar Rayon Təhsil Şöbəsindən təsdiq ediblər.

Hazırda məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, daha əvvəl Ucar rayonun 1saylı və 3 saylı orta məktəbləri müəllim və şagirdlər arasındakoronavirusa yoluxma faktlarına görə distant təhsilə keçmişdi. Onlardan 3 saylı orta məktəb artıq əyani təhsil sisteminə qayıdıb.


Bu yazı: 1180 oxunub



Xəbər Lenti
18 may 2021
17 may 2021
16 may 2021