Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib
Gündəm 15:37 / 13.04.2021

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda iştirak edib.

Trend-in məlumatına görə, konfransda iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri daha sonra Hərbi Qənimətlər Parkına gəlib. Qonaqları Prezidentin köməkçisi Hikmət Hacıyev və digər dövlət rəsmiləri müşayət edir.

Hərbi Qənimətlər Parkında nümayəndələrə Ermənistanın müharibə cinayətlərini sübut edən faktlar barədə məlumatlar verilir.


Bu yazı: 1160 oxunub



Xəbər Lenti
18 may 2021
17 may 2021
16 may 2021