Müdafiə naziri Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb
Sİyasət 17:42 / 09.04.2021

Aprelin 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Müdafiə Nazirliyindən Miqyas.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün faydalı olduğu vurğulanıb.
Səfirlə əvvəlki görüşlərini xatırlayan Müdafiə naziri ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir görüşə görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.


Bu yazı: 1449 oxunub



Xəbər Lenti
18 may 2021
17 may 2021
16 may 2021