Türkiyə gəmisi Qara dənizdə yeni qazma işlərinə başladı
Dünya 09:20 / 09.04.2021
Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi "Fatih” Qara dənizdə yeni qazma işlərinə başlayıb.
Azvision.azxəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.

Məlumata görə, gəmi "Sakarya” yatağının "Amasra-1” quyusunda qazma işləri aparacaq.

Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi bu ilin avqust ayında Qara dənizdə həyata keçirilib. "Fatih” kəşfiyyat gəmisi "Sakarya” yatağındakı "Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.

Bu yazı: 1541 oxunub



Xəbər Lenti
18 may 2021
17 may 2021
16 may 2021