Şəhid ailələri və qazilərin hər birinin müraciəti qeydə alınır və müvafiq qurumlara yönləndirilir - Könül Nurullayeva
Məmləkət 14:30 / 08.04.2021

Milli Məclisin deputatı K.Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinlərindən, eləcə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlardan Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkələr üzərindən daxil olmuş müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib.

Miqyas.az-ın məlumatına görə, millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, sözügedən vətəndaş qəbuluna şəhid ailələri və qazilər tərəfindən xeyli müraciət daxil olub.

Qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında pandemiya dönəmində məşğulluq, maddi yardımın edilməsi, torpaq-əmlak məsələləri, bina infrastrukturların bərpası, müvafiq qurumlardan şikayətlər və səhiyyə sistemində baş verən müəyyən problemlərin aradan qaldırılması ilə bağlı müraciətlər yer alıb. Şəhid ailələrini və qaziləri narahat edən ən mühüm məsələ isə məşğulluq problemi olaraq qiymətləndirilib. "Əlillik dərəcəsi əldə edə bilməyən qazilərimizin mövcud problemlərinin aradan qaldırılması ilə bağlı müraciətləri də aktuallığı qoruyub saxlamaqdadır” deyə deputat K.Nurullayeva rəsmi sosial şəbəkə hesabında qeyd edib.

Vətəndaşları narahat edən bu və digər məsələlər qeydiyyata alınıb. Deputat K. Nurullayeva vətəndaş müraciətlərini tezliklə aidiyyatı üzrə müvafiq qurumlara ünvanlayacağını bildirib.


Bu yazı: 1692 oxunub



Xəbər Lenti
18 may 2021
17 may 2021
16 may 2021