Gəncədə Xatirə kompleksinin inşasına nə vaxt başlanılacaq?
Məmləkət 10:11 / 07.04.2021
Gəncədə erməni terroru nəticəsində dağıdılmış evlərin yerində Xatirə Kompleksinin salınması üçün bir neçə variantda layihələr işlənilir.

Bu barədəAzvision.az-a açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev deyib. O bildirib ki, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib.
"Xatirə Kompleksi ilə bağlı bir neçə variantda layihələr işlənilir. Hansı layihə qəbul olunacaqsa, o formatda işlər həyata keçiriləcək. Hələlik bu işlə bağlı konkret nəticə yoxdur. Lakin Xatirə Kompleksinin salınması nəzərdə tutulan park ərazisində abadlaşma işləri aparılıb. Ətrafda olan yaşayış binalarının sakinlərinin rahatçılığını, istirahətini və asudə vaxtlarını sərəməli keçirməsini təmin etmək üçün parkı abadlaşdırmışıq”, - deyə Səməd Tomuyev vurğulayıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin ötən ilin oktyabr ayında Gəncə şəhərinə bir neçə dəfə raket hücumu nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb. Həmin ərazidə Xatirə Kompleksinin inşası nəzərdə tutulub.

Bu yazı: 423 oxunub



Xəbər Lenti
12 aprel 2021
09 aprel 2021