Sürücülük vəsiqəsin özünüzlə daşımağa ehtiyac qalmayacaq
Məmləkət 12:31 / 23.02.2021
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Azvision.azxəbər verir ki, təklif edilən dəyişikliklərə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır.

Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Bu yazı: 344 oxunub



Xəbər Lenti
25 fevral 2021