Parlament “Dostluq” yatağı ilə bağlı sənədi təsdiqlədi
Sİyasət 12:06 / 23.02.2021

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu müzakirəyə çıxarılıb.

Miqyas.az xəbər verir ki, müzakirələr zamanı sənədin əhəmiyyətində danışılıb və iki ölkə arasında əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.

Müzakirələrdən sonra memorandum səsverməyə qoyularaq təsdiqlənib.

Qeyd edək ki, sənədə əsasən, "Dostluq” yatağı 30% Azərbaycana, 70% Türkmənistana nisbətində bölüşdürülür. Memorandumda qeyd edilir ki, "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləmək üçün tərəflər hökumətlərarası saziş imzalayacaq.


Bu yazı: 407 oxunub



Xəbər Lenti
25 fevral 2021