Gürcüstan parlamenti yeni baş nazir və hökuməti təsdiqlədi
Dünya 09:13 / 23.02.2021

Gürcüstan Parlamenti İrakli Qaribaşvilinin rəhbərlik edəcəyi yeni nazirlər kabinetini təsdiqləyib.

Miqyas.az-ınməlumatına görə, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.

Yeni hökumətdə iki yeni nazir - regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.

Xatırladaq ki, İ.Qaribaşvili daha əvvəl 2013-cü ilin noyabrından başlayaraq baş nazir vəzifəsini icra edib və 2015-ci ilin dekabrında istefa verib. 39 yaşlı İ.Qaribaşvili 2019-cu ilin sentyabrından bu vaxta qədər müdafiə naziri olub.


Bu yazı: 298 oxunub



Xəbər Lenti
25 fevral 2021