“Silahlarımızın effekti Qarabağ müharibəsində aydın göründü” - Hulusi Akar
Dünya 17:09 / 19.02.2021

Türkiyə istehsalı olan silah sistemlərinin effektivliyi azərbaycanlı qardaşlarımızın doğma torpaqlarını işğaldan qurtarmaq üçün apardığı mübarizədə aydın şəkildə göründü.

Miqyas.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələri bu gün yerli və milli imkanlarla istehsal olunan döyüş silah-sursatlarından, avadanlıqlarından səmərəli istifadə edərək bu sahədə böyük uğurlar qazanıb.

"Artıq milli piyada tüfənglərimizi, öz döyüş gəmilərimizi, PUA, SİHA-larımızı, Fırtına haubitsaları, ATAK helikopterlərimizi və ağıllı həssas döyüş sursatlarını dizayn etmə, qurma, istehsal və ixrac etmə səviyyəsinə gəldik. Türkiyə istehsalı silah sistemlərinin effektivliyi azərbaycanlı qardaşlarımızın doğma torpaqlarını işğaldan qurtarmaq üçün apardığı mübarizədə də aydın şəkildə göründü", - deyə Akar əlavə edib.


Bu yazı: 821 oxunub



Xəbər Lenti
25 fevral 2021