Xəstəxanaya cuman qəzəbli inək pasiyentləri ayaqları altına aldı - VİDEO
Müxtəlif 08:58 / 16.02.2021

Qəzəbli inək xəstəxananın gözləmə zalına cumaraq pasiyentləri ayaqları altına alır.

"Daily Mail”in məlumatına görə, dəhşətli kadrlar Kolumbiyada qeydə alınıb.

Kadrlarda gözlənilməz hücumdan qorxan pasiyentlərin otağın küncünə qısıldığı görünür, lakin inək də onların dalınca düşür, bir qadını ayaqları altına alır.

Bunu görən başqa iki kişi birtəhər heyvanı otaqdan çıxarmağa çalışır. Lakin heyvanonların əlindən çıxaraq yenə qadının üstünə cumur. Uzun səydən sonra heyvanı xəstəxanadan çıxarmaq mümkün olur.

Məlumata görə, qadın yüngül travmalar alıb. Digər pasiyentlərə də yerində tibbi yardım göstərilib.


Bu yazı: 2584 oxunub



Xəbər Lenti
18 may 2021
17 may 2021
16 may 2021