Ağdamlı tarix müəllimi: Bu gün hər bir azərbaycanlı məğrurdur
Məmləkət 15:23 / 20.11.2020

Bu gün bütün azərbaycanlıların, ağdamlıların sevincinin həddi-hüdudu yoxdur.

Bunu Trend-ə açıqlamsında Ağdam sakini, tarix müəllimi Çingiz Talıbov deyib. Onun sözlərinə görə, 44 günlük müharibədə bütün dünya Azərbaycanın gücünü gördü:

"Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur, ona görə ki, 27 ildir davam edən müharibədən biz qalib ayrılmışıq. Biz buna başda Ali Baş Komandan və hərçilərimiz olmaqla nail olmuşuq. Bu qalibiyyətdə mən qardaş ölkə Türkiyənin də payını vurğulamaq istəyərdim. Onlar bu günlərdə bizə lazımi qədər siyasi və mənəvi dəstək oldurlar”.

Ç.Talıbov qeyd edir ki, bu gün hər bir azərbaycanlı məğrurdur:

"Ona görə ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunur və tamamlanır. Bu cür qalibiyyət heç bir yerdə görülməyib. Naxçıvanla quru yolun təmin olunması, Dağlıq Qarabağa heç bir statusun verilməməsi, əldə olunmuş ən ciddi nailiyyətlərdəndir. Bu gün bütün dünya Azərbaycanın gücünü gördü. Mən fəxr edirəm ki, azərbaycanlıyam”.


Bu yazı: 586 oxunub



Xəbər Lenti
04 dekabr 2020