Mürəkkəb müdafiə istehkamlarına malik ərazilərin heç bir itki vermədən azad edilməsi böyük uğurdur - Könül Nurullayeva
Sİyasət 13:59 / 20.11.2020

Bu gün əhali və ərazi baxımından işğal olunmuş ərazilər sırasında ən böyük rayonun – Ağdamın azad olunması hər birimizi qürurlandırır. Artıq Azərbaycan ordu hissələri Ağdama daxil olub. Həqiqətən də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun səyi nəticəsində biz tarixi anlar yaşayırıq.

Bunu Trend-ə deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin də xalqa müraciətində bəyan etdiyi kimi, artıq Ağdam üçün yeni mərhələ başlayır. Biz işğaldan azad etdiyimiz tarixi torpaqlarımızı yenidən bərpa edəcəyik:

"Üstəlik, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilirdi. Bir neçə müdafiə xəttindən ibarət olan və müasir standartlar tətbiq edilməklə hazırlanan istehkamları dağıtmaq xeyli texnika və insan itkisi hesabına mümkün ola bilərdi. Məhz Azərbaycanın gücü hesabına, Ali Baş Komandan İlham Əliyevin prinsipiallığı və dəmir iradəsi, Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Tezliklə Kəlbəcər və Laçın rayonlarının boşaldılaraq, öz tarixi sahibinə - Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq.

Biz həm döyüş meydanında, həm də diplomatik müstəvidə öz hüququmuzdan isitifadə edərək, ərazi bütövlüyümüzü bərpa etdik. Təbii ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Prezident İlham Əliyevin də söylədiyi kimi, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən azad edilməsinə şərait yaratdı".


Bu yazı: 766 oxunub



Xəbər Lenti
04 dekabr 2020