Azərbaycanda 1 395 nəfər COVID-19-a yoluxub, 605 nəfər sağalıb, 18 nəfər vəfat edib
SOSİAL 16:46 / 16.11.2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Miqyas.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 77 083 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 55 755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib, aktiv xəstə sayı 20 343 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 137, ötən müddət ərzində isə ümumilikdə 1 523 221 test aparılıb.


Bu yazı: 629 oxunub



Xəbər Lenti
04 dekabr 2020