"Bizimlə OL” layihəsinin ictimai-müzakirə hissəsi yekunlaşıb
SOSİAL 14:30 / 16.11.2020

Mingəçevir, Bərdə, Ağdam, Tərtər və Beyləqan rayonlarında yaşayan tipik və məhdudiyyətli gənclər arasında sosial inklüzivliyin təmin olunmasına və inkişaf etdirilməsinə, məhdudiyyətli gənclərin cəmiyyətdə iştirakçılığının artırılmasına, gənclərin bilik, bacarıqlarının inkişaf etdirilməsinə, daxili potensiallarının üzə çıxarılmasına və gücləndirilməsinə fokuslanmış və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Bizimlə OL” layihəsinin ictimai-müzakirə hissəsi yekunlaşıb.

Sentyabr və Oktyabr aylarında həyata keçirilmiş ictimai-müzakirələrin əsas məqsədi icma üzvlərinə sosial inklüzivlik və inklüziv mühit barədə geniş məlumat vermək və qarşılıqlı müzakirə etmək idi. Müzakirələrdə əlilliyi olan şəxslər, onların valideyinləri, əlilliyi olan şəxslərlə çalışan müəllimlər və digər icma üzvləri olmaqla ümumilikdə 80 nəfər iştirak etmişdir.

Ümumilikdə 4 saat ərzində icma üzvlərinə əlilliyi olan şəxslərlə etik davranış qaydaları, əlilliyi olan şəxslərə qarşı cəmiyyətdəki ayrı-seçkilik və streotiplər, əlilliyə aid olan sosial və tibbi yanaşmalar, inklüziv mühit barədə informativ məlumatlar verilmiş və fikir mübadiləsi aparılmışdır. Eyni zamanda əlilliyi olan şəxslərin valideynləri öz təcrübələrini bölüşmüş və iştirakçıların sualları ətraflı şəkildə cavablandırılmışdır.

İctimai müzakirələr iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş və yenidən təşkil edilməsi barədə müraciət edilmişdir.
#BewithUS #BizimləOL


Bu yazı: 1081 oxunub



Xəbər Lenti
04 dekabr 2020