“Bayraktar”lar yeni dizaynda istehsal olunacaq - FOTO
Maraqlı 14:52 / 05.11.2020

Türkiyənin "Bayraktar TB2” pilotsuz uçuş aparatları yeni dizaynda istehsal olunacaq.

Trend-in məlumatına görə, son dövrlərdə, xüsusilə də Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatlarda qazandığı uğurlarla diqqət cəlb edən "Bayraktar”ın ön hissəsi köpək balığının ağzı formasında dizayn ediləcək. Yeni dizaynın müəllifi Ömər Erkmendir.

Xatırladaq ki, "Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktardır. Bu aparatlar 2014-cü ildən Türkiyə ordusunda istifadə olunmağa başlayıb.


Bu yazı: 902 oxunub



Xəbər Lenti
04 dekabr 2020