Uşaqları Qarabağa döyüşməyə buraxmayın - Erməni mayor öz xalqına müraciət etdi - VİDEO
FOTO+VİDEO 15:38 / 23.10.2020

Azərbaycan ordusuna təslim olmuş erməni zabit Ermənistan xalqına müraciət edib.

Trend-in məlumatına görə, ehtiyatda olan milis mayoru Edik Tonoyan 2018-ci ildə təqaüdə çıxıb.

O, iki il ərzində Rusiyaya qazanc üçün getdiyini deyib:

"2020-ci ildə mən koronavirusla əlaqədar Rusiyaya gedə bilmədim. Ermənistanda qalıb tikinti ilə məşğul oldum. Sentyabrın 27-də Azərbaycanla müharibə başlayanda məni oğlumla birgə tikintidən hərbi komissarlığa apardılar. Hərbi komissarlıqda razılaşdıq ki, oğlumun əvəzinə məni hərbi xidmətə göndərəcəklər və mən Ermənistan ərazisində xidmət edəcəyəm. Mən Qarabağa getmək istəmirdim, çünki bu, bizim torpaq deyil. Dedim ki, əgər zərurət yaranarsa Ermənistana görə döyüşməyə hazıram, Qarabağa görə yox”.


Bu yazı: 879 oxunub



Xəbər Lenti
27 noyabr 2020
25 noyabr 2020