Polkovnik Elşad Əbilov: Azərbaycan Ordusunun uğurlu əməliyyatları davam edir
Qarabağ 16:20 / 16.10.2020

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin başçılığı altında zəfər yürüşümüz davam edir və uğurlarımız var.

Trend-in məlumatına görə, bunu işğaldan azad olunmuş Cəbrayıl rayonunda jurnalistlərə açıqlamasında polkovnik Elşad Əbilov deyib.

O bildirib ki, uğurlarımız davam etməkdədir və son nəticədə Azərbaycan Ordusu işğalda olan bütün torpaqlarımızı azad edəcək:

"Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəsi pozmaqda davam edir, şəhər və kəndlərimiz dəfələrlə atəşə məruz qalıb, mülkü vətəndaşlarımız həlak olub: "Azərbaycan Ordusu humanitar atəşkəs qaydalarına ciddi riayət edir, Ermənistanın heç bir şəhər və kəndinə, mülki əhaslisinə atəş açmır.

Azərbaycan sentyabrın 27-də Ermənistan təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başlayıb. Artıq bir neçə yaşayış məntəqəsi erməni işğalından azad edilib. Uğurlu əməliyyatlar davam edir. Azərbaycan Ordusunda yüksək nizam intizam və ruh yüksəkliyi var. Əsgər və zabitlərimiz torpaqları işğaldan azad etmək üçün canından, qanından keçməyə hazırdır. Bunu düşmən yaxşı bilir. Döyüşlər davam edir. Uğurlarımız var, belə də davam edəcək”.


Bu yazı: 277 oxunub



Xəbər Lenti
21 oktyabr 2020
20 oktyabr 2020