Ermənistan bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışır - Hikmət Hacıyev
Sİyasət 14:50 / 16.10.2020

Ermənistan Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirib.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter” səhifəsində yazıb.

O bildirib ki, bu addım Ermənistanın bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışdığını göstərir:

"Ermənistan Azərbaycanın döyüş zonasından kənardakı şəhərlərinə raket atəşi açır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür"


Bu yazı: 192 oxunub



Xəbər Lenti
20 oktyabr 2020