Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Qarabağ 13:23 / 16.10.2020

Ermənistan hökuməti oktyabrın 16-da Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bugünkü siyahıda 29 nəfərin adı yer alıb.

Siyahıda 1960-70-ci illərdə anadan olmuş ehtiyatda olan hərbçilərin də adları qeyd olunub.

Bugünədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 633 nəfərə çatıb.


Bu yazı: 152 oxunub



Xəbər Lenti
20 oktyabr 2020