Azərbaycan hələlik Qarabağda rusiyalı hərbi müşahidəçilərin yerləşdirilməsi fikrini dəstəkləmir - Hikmət Hacıyev
Sİyasət 11:45 / 16.10.2020

Azərbaycan hələlik Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə rusiyalı hərbi müşahidəçilərin qoşulması fikrini dəstəkləmir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İspaniyanın "El Mundo” qəzetinə müsahibəsində deyib.

O vurğulayıb ki, Azərbaycan başqa ölkənin ərazisində əməliyyatlar aparmır:

"Azərbaycan öz suveren ərazisi olan bölgələrdə əməliyyatlar keçirir və biz hesab edirik ki, rusiyalı hərbi müşahidəçilərin göndərilməsi zəruri deyil. Onlar hələlik bizə lazım deyil”.


Bu yazı: 270 oxunub



Xəbər Lenti
21 oktyabr 2020
20 oktyabr 2020