Siqaret tüstülədən xərçəng sosial şəbəkədə fenomen oldu
Müxtəlif 09:17 / 24.09.2020

Qısqaclarında tutduğu siqareti tüstülədə-tüstülədə çimərlikdə gəzən xərçəng barədə görüntülər böyük maraq yaradıb.

DNA-nın məlumatına görə, video Hindistan Meşə Xidmətinin zabiti Susanta Nanda tərəfindən çəkilib.

"Xərçəng siqaret çəkir, bu xərçəng xəstəliyi ilə nəticələnə bilər. Bu dəhşətli yuxukimidir”, - deyə Nanda videoya şərh yazıb.

Sosial şəbəkə istifadəçiləri videonu birmənalı qarşılamayıb. Bəziləri görüntülərin məzəli olduğunu düşünsə də, bir çoxları ətrafı zibilləməyin acı fəsadlarından söz açıb.


Bu yazı: 1753 oxunub



Xəbər Lenti
27 noyabr 2020
25 noyabr 2020