Sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd etdi: Saxlanılanlar var
HADİSƏ 14:36 / 18.09.2020

Göyçay rayonunda bir qrup sakin yolu bağlamağa cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Göyçay rayonu Çərəkə kəndinin bir qrup sakini su problemi ilə əlaqədar Göyçay-Ucar avtomobil yolunu bağlamağa cəhd edib:

"Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal cəhdin qarşısı alınıb, yolda nəqliyyatın hərəkəti tam bərpa edilib. Onlarla aparılan izahedici söhbətlərdən sonra sakinlər evlərinə qayıdıb, lakin onlardan üç nəfər karantin rejimi qaydalarını pozduğu üçün şöbəyə gətirilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib”


Bu yazı: 468 oxunub



Xəbər Lenti
24 oktyabr 2020
23 oktyabr 2020