Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
Məmləkət 18:00 / 17.09.2020

Azərbaycanda "Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin hazırlanmasına ehtiyac var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bildirib. Onun sözlərinə görə, "Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanunun hazırlanmasına və qəbul edilməsinə ehtiyac var.

Nazir müavini qeyd edib ki, nazirlik bu sahədə Milli Məclislə əməkdaşlıq etməyə hazırdır.

Komitə sədri Qənirə Paşayeva isə deyib ki, bu məsələ ilə bağlı işçi qrup yaradılacaq.


Bu yazı: 397 oxunub



Xəbər Lenti
21 oktyabr 2020
20 oktyabr 2020