İstifadəyə yararlı çimərliklər hansılardır? - MONİTORİNQ
Məmləkət 16:19 / 04.08.2020

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərliklərdə monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Miqyas.az-a verilən məlumata görə, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.


Bu yazı: 612 oxunub



Xəbər Lenti
01 oktyabr 2020