Samir Şərifov: “Büdcə qaydasının tətbiqi müvəqqəti dayandırılır”
İqtİsadİyyat 17:12 / 04.08.2020

"2020-ci il dövlət büdcəsinin gəlir və xərcləri arasında tarazlığın bərqərar edilməsi məqsədilə büdcə qaydasının tətbiqi müvəqqəti dayandırılır”.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, cari ildə yumşaq kontur-tsiklik büdcə siyasətinin həyata keçirilməsi zəruri hesab olunur.

"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununa dəyişiklik layihəsinə əsasən, "Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci ilin yanvarın 1-dək dayandırılır.

"Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir.


Bu yazı: 272 oxunub



Xəbər Lenti
01 oktyabr 2020