Yaralı şəxsə kömək etdi, dəfələrlə onun təcavüzünə uğradı
HADİSƏ 11:06 / 30.07.2020

Türkiyənin Bursa şəhərində yaşayan qız küçədə yaralı olduğunu görərək, kömək etdiyi şəxsin təcavüzünə uğrayıb.

Haberler.com məlumat verir ki, 20 yaşlı Qəmzə A. 21 yaşlı Yunus Əmrə Ç. tərəfindən dəfələrlə təcavüzə məruz qalıb.

Belə ki, Qəmzə A. yolda yaralı vəziyyətdə olan Yunus Əmrə Ç.-nixəstəxanaya aparıb. Xəstəxanadan çıxandan sonra qız həmin şəxsləonun evinə qədər gedib.

Bu zaman Yunus Ə. Qəmzə A.-nı zorla evə salaraq, qapını bağlayıb və ona dəfələrlə təcavüz edib. Səhərə yaxın Qəmzə A. evdən qaça bilib.

O, başına gələnlərlə bağlı polisə şikayət edib.

Məhkəmə Yunus Ə.-nin həbs edilmədən mühakimə olunmasına qərar verib.


Bu yazı: 162 oxunub



Xəbər Lenti
13 avqust 2020