BŞBPİ: İmtahanlarda sosial məsafənin qorunması və tibbi maskadan istifadəyə nəzarət olunur
Məmləkət 10:31 / 30.07.2020

Paytaxtda növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Miqyas.az-a verilən məlumata görə, iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə nəzarət olunur.

İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. Bu məqsədilə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər icra olunur.


Bu yazı: 206 oxunub



Xəbər Lenti
13 avqust 2020